Ermənistanda qadın deputatlar bir-birilərini "qırır"

Ermənistanda qadın deputatlar bir-birilərini "qırır"
  18 Aprel 2017    Oxunub:3828
Ermənistanın hakim Respublika partiyasında beşinci çağırışda "seçilən" qadın deputatlar Karine Acemyan, Ruzanna Muradyan və Marqarit Yesayan arasında münasibətlər gərginləşib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, deputatlar parlamentin Təhsil Komissiyasının sədri olmaq üçün ciddi mübarizəyə başlayıblar. Rəqabət artıq o həddə çatıb ki, onlar rəhbərlik yanında yaxşı görünmək üçün bir-birilərini ittiham etməkdən belə çəkinmirlər.

Məlumata görə, Təhsil Komissiyasının sədri Artak Davtyan bundan sonra Ermənistanın müdafiə nazirinin müavini səlahiyyətlərini icra edəcək.

Maraqlıdır ki, bu vaxta qədər respublikaçı qadın deputatlar beş il ərzində xarici ölkələrə səfər etmək üçün, daha doğrusu gəzmək üçün mübarizə aparıblar.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti