"Alxanlıdakı hadisələr göstərir ki, biz aktiv olmalıyıq" - Kristian Vigenin

"Alxanlıdakı hadisələr göstərir ki, biz aktiv olmalıyıq" - Kristian Vigenin
  05 İyul 2017    Oxunub:2210
"ATƏT-in İrəvan ofisinin bağlanmasına görə təəssüflənirəm. Bundan sonra regionda ATƏT-in ofisi olmayacaq. Mən təmas xəttində Füzuli rayonunun Alxanlı kəndində zorakılıq nəticəsində həlak olan şəxslərin yaxınlarına başsağlığı verirəm. Bu bir daha göstərir ki, bizim aktivliyimiz regionda, həm də Dağlıq Qarabağ münaqişəsi bölgəsində bundan sonrakı insan ölümlərinin qarşısını alınması üçün olduqca önəmlidir"
AzVision.az xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyasında Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kristian Vigenin çıxışı zamanı deyib.

"Vyanaya son səfərim zamanı mən ATƏT-in Minsk Qrupunun üç həmsədri ilə danışıqlar apardım. Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətimizə dair müntəzəm məlumat mübadiləsi aparmaq barədə razılığa gəldik. Mən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Parlament Assambleyasının iclasında iştirak etməsini istəyərdim. Təəssüf ki, dəvətim onlar tərəfindən qəbul olunmadı. Lakin mən ümidimi itirmirəm və inanıram ki, gələn dəfə bu baş verəcək. Sentyabr ayında regiona səfər edəcəyəm".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ATƏT   Kristian-Vigenin   Alxanlı   Füzuli  





Xəbər lenti