Fransua Mansel: "Erməni təxribatını qətiyyətlə qınayırıq" (VİDEO)
Ermənistanın mülki əhaliyə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, eləcə də 1949-cu il Cenevrə konvensiyaları, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
Münaqişənin həlli ilə məşğul olan Minsk qrupunda təmsil olunan ölkələr tərəfindən məsələnin həllinin ləngidilməsi uzun illərdir ki, ədalətsiz status-kvonu qoruyub saxlayır və bu, yalnız faciəvi qarşıdurmalara gətirib çıxarır. Azərbaycanın Dostları Assosiasiyası arzu edir ki, əlaqədar dövlətlər ən qısa müddətdə öz münasibətlərini bildirsinlər və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən dörd qətnamənin (822, 854, 874 və 884) yerinə yetirilməsini təmin etsinlər.
Sonda Assosiasiya bütün tarixi həqiqətlərin əksinə olaraq özü başlatdığı münaqişədə özünü qurban kimi qələbə verməyə cəhd edən Ermənistanı Dağlıq Qarabağ və ətraf rayonların qeyri-qanuni işğalının davam etdirilməsinin mümkünsüzlüyünü anlamağa çağırır.
AzVision.az
Teqlər: Fransa Alxanlı Təxribat