"Anamın məzarı işğal altındadır" - İcra başçısı

"Anamın məzarı işğal altındadır" - İcra başçısı
  06 İyul 2017    Oxunub:6390
“Biz 25 ildir ki, bu vəziyyətdə yaşayırıq. Ermənistan BMT-nin qətnamələrinə, beynəlxalq qurumların qərarlarına məhəl qoymur”.

AzVision.az xəbər verir ki, bunu Füzuli rayonunun icra başçısı Alı Alıyev Alxanlı kəndinə səfər edən xarici KİV nümayəndələri və hərbi attaşelərə deyib.
“Bütün dünya qurumları, BMT, ATƏT və digər təşkilatlar bunu görür və ikili standartlar tətbiq edirlər. Bu təşkilatların verdikləri bəyanatlara baxmayaraq, münaqişənin həllində heç bir irəliləyiş yoxdur. Biz sizdən, digər aidiyyatı qurumlardan ədalət istəyirik.

Mənim anamın qəbri işğal altında olan torpaqlarımızdadır. Biz torpaqlarımızı işğaldan azad etmək üçün hər bir yola hazırıq”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Alxanlı   Füzuli   Təxribat  





Xəbər lenti