Milli Məclisin tədbirlər planı açıqlandı

  23 Noyabr 2017    Oxunub : 383
Milli Məclisin tədbirlər planı açıqlandı

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan Parlamentinin 2018-ci ildə keçirəcəyi tədbirlər planını açıqlayıb.

AzVision.az-ın verdiyi məlumata görə, spiker deyib ki, ötən il maliyyə çatışmazlığı ilə əlaqədar bəzi tədbirlərin keçirilməsi baş tutmayıb:

Milli Məclisdə televiziyanın analoq sistemindən rəqəmsala keçirilməsi, həm də səsvermə sisteminin dəyişdirilməsi məsələsi 2018-ci il həll ediləcək. Çünki 2018-ci ildə AXC-nin, parlamentin 100 illiyidir, xeyli qonaqlarımız olacaq. 2017-ci ildə ezamiyyə xərclərində müəyyən çətinliklər oldu. Buna baxmayaq, biz bütün beynəlxalq təşkilatlarda olan tədbirlərdə iştirak edirdik. Tədbirlərimiz çoxdur, iki böyük tədbirimiz əsasdır. 250 nəfər parlamentarının iştirakı ilə böyük tədbir olmalıdır. Əgər Azərbaycan bu tədbirə ev sahibliyini edə bilsə, yaxşı olar. Bu tədbirin keçirilməsi mart-aprel aylarında nəzərdə tutulur. İkinci böyük tədbirimiz ATƏT xətti ilə İpəkyolu dəstək proqramı üzrə 30 ölkəninin iştirakı ilə tədbir keçirilməlidir. Əmək haqları istiqamətində də iş gedir. Gələcəkdə bunun nəticələrini görəcəyik”.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Milli-Məclis