Məmmədyarov dekabrın 6-da Nalbandyanla görüşəcək

Məmmədyarov dekabrın 6-da Nalbandyanla görüşəcək
  30 Noyabr 2017    Oxunub:1388
"Dekabrın 6-da həm həmsədrlərlə, həm də Ermənistanın xarici işlər naziri ilə görüşəcəyəm".
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Nazir qeyd edib ki, Azərbaycan görüşə razılıq verib: "Biz həmişə vurğulayırıq ki, məntiqli və substantiv danışıqlar olmalıdır. Moskva görüşündə həmsədrlərlə dərin və ətraflı müzakirə apardıq. Həmsədrlərin bu istiqamətdə danışıqları davam etdirəcəyi gözlənilir".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Məmmədyarov   Nalbandyan  





Xəbər lenti