Əbülfəs Qarayev xanım səfirlə görüşüb
Nazir Əbülfəs Qarayev ölkələr arasında bütün sahələrdə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu əlaqələrin genişləndirilməsindən söz açıb. Bu məqsədlə qarşılıqlı təcrübənin öyrənilməsi, eləcə də turistlərin sayının artırılması istiqamətində yeni layihələrin həyata keçirilməsi təklifləri irəli sürülmüşdür. Nazir ölkəmizin mütəmadi olaraq Londonda keçirilən “WTM” beynəlxalq turizm sərgilərində iştirakı, bu çərçivədə turizmin inkişafı istiqamətində həyata keçirilən ikitərəfli görüşlər və təqdimatlar haqqında nümayəndə heyətini məlumatlandırıb. Bununla yanaşı, ölkəmizin regionlarının geniş turizm potensialına malik olduğu qeyd olunub, Şahdağ Turizm Mərkəzində yeni mövsümün açılışından bəhs olunub.
Böyük Britaniyanın səfiri xanım Karol Krofts qəbula görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirib və ikitərəfli layihələrin həyata keçirilməsində maraqlı olduqlarını qeyd edib. Səfir həmçinin, ölkəmizin zəngin mədəniyyət və turizm potensialının olduğunu xüsusilə vurğulayıb.
AzVision.az
Teqlər: Əbülfəs-Qarayev