Ağstafada dəhşətli qətl törədilib

Ağstafada dəhşətli qətl törədilib
  29 Dekabr 2017    Oxunub:2541
Ağstafada dəhşətli qətl törədilib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xətai kəndində qeydə alınıb. Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Samir Fikrət oğlunun meyiti yol kənarında tapılıb.

Ona məxsus “VAZ-2104” markalı maşın isə meyitin yanında yanmış vəziyyətdə aşkar edilib. S. Əliyevin qətlə yetirildiyi məlum olub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparılır.

AzVision.az



Teqlər: DİN   qətl  





Xəbər lenti