Rəsmi Bakı İrandakı hadisələrə reaksiya verdi

Rəsmi Bakı İrandakı hadisələrə reaksiya verdi
  02 Yanvar 2018    Oxunub:8463
Azərbaycan Xarici İşlər Nazirliyi (XIN) İranda baş verən hadisələrə münasibət bildirib.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan tərəfi İrandakı hadisələrin İran İslam Respublikasının qanunlarına uyğun olaraq sülh şəraitində olmasını arzulayır.
Qeyd edək ki, dekabrın 28-dən İranın Tehran, Məşhəd, İsfahan və Rəşt şəhərlərində kütləvi sosial etiraz aksiyaları keçirilir. Kütləvi aksiyalar nəticəsində 23 nəfər ölüb, 500-dən çox insan isə saxlanılıb.

AzVision.az


Teqlər: XİN   Hikmət-Hacıyev   İran   Etiraz  





Xəbər lenti