Müdafiə Nazirliyi: 2017-ci ildə döyüş və qeyri-döyüş itkiləri 20% azalıb

  12 Yanvar 2018    Oxunub : 2025
Müdafiə Nazirliyi: 2017-ci ildə döyüş və qeyri-döyüş itkiləri 20% azalıb

“Xəzər” hərbi tədqiqatlar institutu adlandıran “qurum”un növbəti qərəzli statistikasına Müdafiə Nazirliyi tərəfindən açıqlama verilib.

AzVision.az xəbər evrir ki, Azərbaycan Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, ölkəmizdən kənarda yerləşən və Silahlı Qüvvələrə qarşı daim qərəzli mövqeyi ilə seçilən bəzi internet resursları 1 nəfərdən ibarət olan “Xəzər” hərbi tədqiqatlar institutu adlandıran bir “qurum”un növbəti dəfə Azərbaycan Ordusu haqqında hazırladığı qərəzli “statistika”sını tirajlayıb.

Qeyd edək ki, Azərbaycan və Ermənistandakı hazırki ictimai-siyasi, sosial-iqtisadi və ən əsası müdafiə sahəsindəki vəziyyəti bilərək bu ölkələrin ordularını müqayisə predmetinə çevirmək düşmənçilik və absurd baxışdan başqa bir şey deyil.

Dövlətimizin qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəraiti yaxşılaşıb və Orduda mənəvi-psixoloji durum sağlamlaşıb. Döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə müdafiənin ön xəttində zəruri fortifikasiya işləri və mühəndis-istehkam tədbirləri həyata keçirilərək mövqelər möhkəmləndirilib, daha etibarlı sığınacaqlar, səngərlər hazırlanıb, qoşunların maskalanması və mühafizəsi gücləndirilib. Bu səbəbdən də bütün istiqamətlər üzrə ötən illərlə müqayisədə 2017-ci ildə döyüş və qeyri-döyüş itkiləri 20% azalıb.

Lakin Ermənistan və onun işğalçı ordusunda olan real acınacaqlı vəziyyət nəticəsində düşmən itkilərinin sayı daim artır. Təkcə rəsmi məlumatlara əsasən, 2017-ci ildə düşmən tərəfi 32 döyüş, 30 qeyri-döyüş itkisi verib, eləcə də ermənilərin 100-dək yaralısı olub. Müxtəlif mənbələrdən əldə olunan məlumata görə, isə həqiqətdə erməni tərəfinin real itkiləri rəsmi göstərilən rəqəmlərdən qat-qat artıqdır.

Artıq cari ilin cəmi 8 günü ərzində, yalnız rəsmi məlumatlara əsasən işğalçı ordunun 4 nəfər hərbi qulluqçusu ölüb, 10 nəfəri isə ağır yaralanıb.

Odur ki, əsası olmayan, qeyri-rəsmi mənbələrdən toplanaraq Azərbaycan Ordusu haqqında yanlış və dezinformasiya xarakterli xəbərlərin yayılması mövcud duruma heç bir ciddi təsir göstərmir. Çünki xalqımız Ordumuzdakı vəziyyəti yaxşı bilir və Ali Baş Komandanın rəhbərliyi ilə aparılan islahatlar nəticəsində əldə edilən uğurlardan tam məlumatlıdır.

Belə olduğu halda bu cür pərakəndə rəqəmləri mütəmadi şəkildə toplayıb, hər dəfə müxtəlif cəfəng şərhlər əlavə etməklə acınacaqlı vəziyyət təsəvvürü yaratmağa cəhd göstərmək düşmən dəyirmanına su tökmək məqsədi daşıyır və bu kimi əməllər ölkəmizi gözü götürməyənlərin maraqlarına xidmət edir.



Aşağıda göstərilən siyahıda, yalnız Ermənistandan hərbi xidmətə çağırılan hərbçilər haqqında rəsmi statistika təqdim edilib. Əgər buraya Dağlıq Qarabağdan çağırılan və erməni ictimaiyyətindən də gizlədilən məlumatları əlavə etsək, onda ölən erməni hərbçilərin sayı xeyli artar.

1.
04.01.2017
Qaqik Kazinyan
Qeyri-döyüş itkisi (avtoqəza)

2.
15.01.2017
Qaqik Vardanyan
Döyüş itkisi

3.
16.01.2017
Araik Sarkisyan
Döyüş itkisi

4.
18.01.2017
Andranik Musikyan
Döyüş itkisi

5.
23.01.2017
Karen Ulubabyan
Döyüş itkisi

6.
25.01.2017
Şavarş Qalstyan
Qeyri-döyüş itkisi (özünəqəsd)

7.
26.01.2017
Samvel Apinyan
Qeyri-döyüş itkisi (xəstəlik)

8.
06.02.2017
Qor Qareginyan
Döyüş itkisi

9.
08.02.2017
Qarik Zqoyan
Döyüş itkisi

10.
08.02.2017
Qeqam Manukyan
Döyüş itkisi

11.
11.02.2017
Markar Asatryan
Döyüş itkisi

12.
15.02.2017
Qaregin Minasyan
Qeyri-döyüş itkisi (avtoqəza)

13.
17.02.2017
Qaregin Arqamanyan
Qeyri-döyüş itkisi (qazdan zəhərlənmə)

14.
18.02.2017
Lernik Osyan
Qeyri-döyüş itkisi (özünəqəsd)

15.
23.02.2017
Qor Xudinyan
Qeyri-döyüş itkisi (özünəqəsd)

16.
01.03.2017
Qurgen Sarkisyan
Qeyri-döyüş itkisi (özünəqəsd)

17.
01.03.2017
Nver Babacanyan
Döyüş itkisi

18.
28.03.2017
Artak Rafaelyan
Döyüş itkisi

19.
31.03.2017
Qor Ovannisyan
Döyüş itkisi

20.
21.04.2017
Narek Akopyan
Qeyri-döyüş itkisi

21.
24.04.2017
Narek Arutyunyan
Döyüş itkisi

22.
25.04.2017
Karen Avetisyan
Qeyri-döyüş itkisi (naməlum)

23.
26.04.2017
Armen Saturyan
Qeyri-döyüş itkisi (xəstəlik)

24.
28.04.2017
Mqer Arzumanyan
Döyüş itkisi

25.
08.05.2017
Ruben Barsegyan
Qeyri-döyüş itkisi (avtoqəza)

26.
08.05.2017
Rafael Bişaryan
Qeyri-döyüş itkisi (avtoqəza)

27.
08.05.2017
Ruben Mnasakanyan
Qeyri-döyüş itkisi (avtoqəza)

28.
10.05.2017
Qaqik Mesropyan
Qeyri-döyüş itkisi (özünəqəsd)

29.
14.05.2017
Arşak Arşakyan
Qeyri-döyüş itkisi (özünəqəsd)

30.
17.05.2017
Qrişa Karapetyan
Döyüş itkisi

31.
20.05.2017
Karen Danielyan
Döyüş itkisi

32.
26.05.2017
Armen Arutyunyan
Döyüş itkisi

33.
01.06.2017
Melik Xaçatryan
Qeyri-döyüş itkisi (özünəqəsd)

34.
14.06.2017
Narek Mxitaryan
Qeyri-döyüş itkisi (xəstəlik)

35.
16.06.2017
Araik Matinyan
Döyüş itkisi

36.
16.06.2017
Vigen Petrosyan
Döyüş itkisi

37.
16.06.2017
Vardan Sarkisyan
Döyüş itkisi

38.
17.06.2017
Narek Qasparyan
Döyüş itkisi

39.
07.07.2017
Robert Qasparyan
Döyüş itkisi

40.
10.07.2017
Vazgen Poqosyan
Döyüş itkisi

41.
23.07.2017
Vardan Melkonyan
Qeyri-döyüş itkisi (özünəqəsd)

42.
28.07.2017
Arkadiy Xambaryan
Qeyri-döyüş itkisi (özünəqəsd)

43.
14.08.2017
Arman Movsisyan
Döyüş itkisi

44.
14.08.2017
Abas Sloyan
Qeyri-döyüş itkisi (özünəqəsd)

45.
17.08.2017
Vardan Qriqoryan
Qeyri-döyüş itkisi (özünəqəsd)

46.
21.08.2017
Andranik Mkrtçyan
Qeyri-döyüş itkisi (özünəqəsd)

47.
27.08.2017
Artak Bişaryan
Döyüş itkisi

48.
01.09.2017
Ayk Xaçatryan
Döyüş itkisi

49.
28.09.2017
Seyran Sarkisyan
Döyüş itkisi

50.
10.10.2017
Çaplin Markaryan
Döyüş itkisi

51.
19.10.2017
Tiqran Xaçatryan
Döyüş itkisi

52.
21.10.2017
Aram Xaçatryan
Qeyri-döyüş itkisi (qətlə yetiriliblər)

53.
21.10.2017
Qraç Avetisyan
Qeyri-döyüş itkisi (qətlə yetiriliblər)

54.
23.10.2017
Qevorq Xanamiryan
Qeyri-döyüş itkisi (avtoqəza)

55.
28.10.2017
Norayr Ovannisyan
Qeyri-döyüş itkisi (avtoqəza)

56.
04.11.2017
Qrant Manqasaryan
Döyüş itkisi

57.
22.11.2017
Qeqam Zakaryan
Döyüş itkisi

58.
22.11.2017
Sarkis Abramyan
Döyüş itkisi

59.
22.11.2017
Sarkis Melikyan
Döyüş itkisi

60.
22.11.2017
Tatul Tadevosyan
Qeyri-döyüş itkisi (avtoqəza)

61.
25.11.2017
Qarnik Petrosyan
Qeyri-döyüş itkisi (xəstəlik)

62.
12.12.2017
Narek Adibekyan
Qeyri-döyüş itkisi (qətlə yetiriliblər)

AzVision.az

Teqlər: Müdafiə-Nazirliyi   cəbhə