Xəbərdarlıq: Bakıda güclü külək, rayonlarda qar

  05 Fevral 2018    Oxunub : 2119
Xəbərdarlıq: Bakıda güclü külək, rayonlarda qar
Bakıda və Abşeron yarımadasında fevralın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Fevralın 5-i axşamdan 06-sı gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

AzVision.az

Teqlər: Hava   Külək   Qar   Proqnoz