Meksika prezidenti Əliyevi təbrik edib

Meksika prezidenti Əliyevi təbrik edib
  01 İyun 2018    Oxunub:1636
Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nieto Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AzVision.az-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Zati-aliləri. Milli bayramınız – Respublika Günü münasibətilə Meksika xalqı və hökuməti adından Sizə və Azərbaycan xalqına salamlarımı və səmimi təbriklərimi çatdırmaq mənim üçün şərəfdir.

Bu günlərdə qeyd edilən tarixi hadisələr Azərbaycan xalqının birliyinin daha da möhkəmlənməsi və uğurlu gələcəyi üçün bir mənəvi təkandır.

Xalqlarımız arasında dostluq, əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək arzusu ilə Sizə dərin hörmətimi izhar edirəm".

AzVision.az


Teqlər: Meksika   İlham-Əliyev  





Xəbər lenti