Əcnəbi könüllülər “ASAN xidmət”də

  20 İyul 2018    Oxunub : 462
Əcnəbi könüllülər “ASAN xidmət”də
Serbiya, Niderland, Pakistan, Çin və Hindistandan gələn qonaqlar iyulun 19-dan avqustun 3-dək “ASAN xidmət” mərkəzlərində dövlət xidmətləri göstərilməsi üzrə könüllü fəaliyyətinə qoşularaq, ekoloji istiqamətdə müxtəlif təlim, layihə və ekskursiyalarda iştirak edəcəklər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzVision.az-a verilən məlumata görə, 1, 3 və 5 saylı Bakı “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərəcək əcnəbi könüllülər “ASAN xidmət” mərkəzləri və “ASAN radio” ilə yaxından tanış olublar. Onlara “ASAN xidmət"in fəaliyyəti, prinsipləri və ASAN Könüllüləri hərəkatı haqqında geniş təqdimatlar edilib.

Əcnəbilərin könüllülük fəaliyyəti ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsü və AISEC-in Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə ekoloji istiqamətdə “Create your eden” layihəsi çərçivəsində keçirilir.

AzVision.az

Teqlər: ASAN-Xidmət