Evində çətənə əkən narkotacir tutuldu

Evində çətənə əkən narkotacir tutuldu
  08 Sentyabr 2018    Oxunub:2484
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və əkini ilə məşğul olan şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az-a verilən məlumata görə, sentyabrın 7-də daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakini, əvvəllər məhkum olunan Sadiq Mustafayev saxlanılıb. Keçirilən tədbirlərin davamı olaraq onun şəhər ərazisində yerləşən yaşadığı evə də baxış keçirilib.

Orada dibçəklərdə əkilən və xüsusi qaydada qulluq edilərək yetişdirilən 4 ədəd çətənə bitkisi, eyniadlı bitkinin qurudulan gövdələri və 3 kq 246 qr qurudulan marixuana aşkar edilərək götürülüb. Faktla bağlı ŞRPŞ-də araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti