Suriyada dinc sakinlərə hücum edildi - 26 ölü

  10 Noyabr 2018    Oxunub : 2015
Suriyada dinc sakinlərə hücum edildi - 26 ölü
ABŞ-ın başçılığı altındakı beynəlxalq koalisiya qüvvələrinin Suriyanın Deyr əz-Zor bölgəsindən 110 kilometr şərqdə yerləşən Hacin şəhərinə hava hücumu nəticəsində 26 dinc sakin ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Suriyanın “SANA” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, bir neçə saat çəkən raket hücumları zamanı koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr mülki vətəndaşların yaşadığı evləri hədəf alıb. Nəticədə 26 nəfər həyatını itirib. Onların əksəriyyəti qadınlar və uşaqlardır.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Suriya   ABŞ