Rusiyaya qarınında qızıl aparan qadın tutuldu - FOTOLAR
Bundan sonra sərnişinin üzəri təkrar cihazla yoxlanılıb və sərnişinin daxili orqanından 2 ədəd kiçik həcmli kisələr müəyyən edilib. Həmin kisələrə ayrı-ayrılıqda baxış keçirilərkən qızıldan hazırlanmış zərgərlik məmulatları - 5 ədəd boyunbağı, 5 ədəd üzük-sırğa cütü dəsti, 1 ədəd kulon-üzük-sırğa cütü dəsti, 4 cüt sırğa və 1 ədəd üzük aşkar edilib. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən aşkar olunan zərgərlik məmulatları 750 və 583 əyarlı qızıldan hazırlanıb və ümumi çəkisi 219,98 qram təşkil edir. Məmulatların üzərlərində olan ağ şəffaf qaşlar brilyantdır. Faktla bağlı araşdırma aparılır.
Azvision.az