Bütün ixtisaslar üzrə zabit təkmilləşdirmə kursları keçirilir - FOTOLAR

  06 Fevral 2019    Oxunub : 923
Bütün ixtisaslar üzrə zabit təkmilləşdirmə kursları keçirilir - FOTOLAR
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bütün ixtisaslar üzrə zabit təkmilləşdirmə kursları keçirilir.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, kurslar hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin və xidməti keyfiyyətlərinin yüksəldilməsi, praktiki bacarıqlarının inkişaf etdirilməsi, daha müasir hərbi peşə vərdişlərinə yiyələnməsi məqsədilə həyata keçirilir.

Kursun sonunda hava hücumundan müdafiə, artilleriya, maddi-texniki təminat, kəşfiyyat, rabitə, mühəndis-istehkam, topoqrafiya, şəxsi heyətlə iş üzrə yekun imtahanlarını müvəffəqiyyətlə verəcək hərbi qulluqçulara sertifikatlar təqdim olunacaq.











Azvision.az

Teqlər: Müdafiə-Nazirliyi   Zabit   Kurs