Pakistanlı hərbçilər Azərbaycana gəlib - FOTOLAR

  05 Aprel 2019    Oxunub : 1987
Pakistanlı hərbçilər Azərbaycana gəlib - FOTOLAR
Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin Hərbi Akademiyasının qərargah kursunda təhsil alan Pakistan, Banqladeş, Səudiyyə Ərəbistanı və Malayziya HDQ-nin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tanışlıq səfəri çərçivəsində kontr-admiral Muştaq Ahmedin başçılıq etdiyi heyət Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazası və Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib, eləcə də aidiyyəti dövlət qurumları və təhsil müəssisələrində görüşlər keçiriblər.











Azvision.az


Teqlər: Paksitan   Dəniz-Qüvvələri