İstixanada çətənə yetişdirən şəxs tutulub - FOTOLAR

  27 İyun 2019    Oxunub : 530
İstixanada çətənə yetişdirən şəxs tutulub - FOTOLAR
Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin 14-cü Polis Bölməsi əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Nahid Əliyev saxlanılıb.



Ona məxsus qəsəbə ərazisində yerləşən evin həyətindəki hər birinin sahəsi 250 kvadratmetr olan 2 ədəd istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən ümumi çəkisi 244 kiloqram olan 912 ədəd çətənə kolu aşkar edilib. N.Əliyev narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdiridyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.



Axtarış zamanı N.Əliyevin yaşadığı evdən əlavə olaraq 650 qram qurudulmuş marixuana və elektron tərəzi da aşkar edilərək götürülüb. Faktla bağlı 14-cü Polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Əməliyyat və istintaq tədbirləri davam etdirilir.






Azvision.az

Teqlər: DİN   Narkotik