Özlərini məmur kimi təqdim edən dələduzlar peyda olub

  16 Oktyabr 2019    Oxunub : 1373
 Özlərini məmur kimi təqdim edən dələduzlar peyda olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov son günlər sosial şəbəkələrdə və bəzi elektron media resurslarında Dövlət Nəzarət Təhükəsizlik Departamenti MMC-nin fəaliyyəti barədə yayılan məlumatlara münasibət bildirib.
Azvision.az -ın məlumatına görə, F.Talıbov bildirib ki, hələ cari ilin iyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan şikayət məktubunda MMC-nin əməkdaşları tərəfindən sahibkarlıq subyektində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının yoxlanılaraq akt tərtib edilməsi qeyd edilib.

"Məktubda yoxlama həyata keçirən şəxslərin özlərini Dövlət Nəzarət Təhlükəsizlik Departamentinin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin əməkdaşları olaraq təqdim etdikləri və xüsusi geyimdə olduqları bildirilib. Şikayət əsasında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Vergilər Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya resurslarına istinad edilməklə aparılan ilkin araşdırma zamanı həmin MMC-nin “Dövlət-NTD” Məhdud Məsuliyyətli Cəmiyyət (VÖEN: 2901049511) adı altında dövlət qeydiyyatına alındığı müəyyən edilib.

Müraciətlə əlaqədar aparılan araşdırma zamanı aşkar olunan faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğuna təqdim olunub".

Azvision.az

Teqlər: ƏƏSMN