Naxçıvana pul ayrıldı - Prezidentdən 4 sərəncam

Naxçıvana pul ayrıldı -  Prezidentdən 4 sərəncam
  22 Noyabr 2019    Oxunub:6792
Prezident İlham Əliyev əlil və şəhid ailələrinin mənzil təminatı ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 500 000 (beş yüz min) manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.

Dövlət başçısının digər sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Süni Mayalanma Mərkəzinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 4,8 milyon (dörd milyon səkkiz yüz min) manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.

Bundan başqa, Prezidentin müvafiq sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 34,3 milyon (otuz dörd milyon üç yüz min) manatı ayrılıb.

Prezidentin daha bir sərəncamı ilə “Pivot” layihəsi çərçivəsində əkin sahələrində müasir suvarma (yağışyağdırma) sistemlərinin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.

Azvision.az


Teqlər: İlham-Əliyev   Naxçıvan  





Xəbər lenti