Dünənki yanğında FHN əməkdaşları xəsarət almayıb

Dünənki yanğında FHN əməkdaşları xəsarət almayıb
  11 Dekabr 2019    Oxunub:1887
Ötən gün Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları arasında xəsarət alan olmayıb.
Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Qeyd edək ki, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarının 5 hektar ərazisinin 2 hektarı yanıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb. Yanğın zamanı 8 nəfərə yerində yardım göstərilib, 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: FHN   Əməkdaş   Yanğın  





Xəbər lenti