“11 ayda 81439 nəfər işlə təmin olunub” - Xidmət rəisi
Onun sözlərinə görə, Xidmət tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri ildən-ilə gücləndirilir. F.Musayev bildirib ki, işsiz və işaxtaranlar üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarının təşkili aktiv məşğulluq tədbirlərindən biridir:
"2019-cu ilin 11 ayında Dövlət Məşğulluq Xidməti tərəfindən 2734 nəfər peşə hazırlığı kurslarına cəlb edilib. Xidmətin Bakı və Göyçay şəhərlərindəki Regional Peşə Təhsili Mərkəzləri mühüm maddi-texniki potensiala malik olmaqla peşə hazırlığı işinin təşkilində əhəmiyyətli rol oynayır. 2019-cu ilin 11 ayında peşə hazırlığı kurslarına cəlb edilənlərin 72,5 faizi həmin mərkəzlərin payına düşür".
Azvision.az
Teqlər: ƏƏSMN Məşğulluq-Xidməti