Nazir Milli Gimnastika Arenasında qonaq olub

  28 Dekabr 2019    Oxunub : 1497
Nazir Milli Gimnastika Arenasında qonaq olub
Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Naziri cənab Azad Rəhimov Milli Gimnastika Arenasında qonaq olub.
Azvision.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, bədii gimnastika üzrə yığma komanda üzvlərinin yoxlama məşqlərini izləyən nazir daha sonra gimnastlarımızın ona ünvanladığı sualları cavablandırıb. Sonda Azad Rəhimov yığma komanda üzvləri ilə xatirə şəkilləri çəkdirib.

Azvision.az

Teqlər: Nazir   Azad-Rəhimov