Nərminin qatili barədə həbs qərarı verildi

  11 Yanvar 2020    Oxunub : 11189
 Nərminin qatili barədə həbs qərarı verildi
Tovuz rayonunda itkin düşən və daha sonra yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Tovuz rayon Məhkəməsindən Azvision.az -a verilən məlumata görə, rayonun Dondar Quşçu kənd sakini Nərmin Quliyevanın qətlində təqsirləndirilən Süleymanov İlkin İbrahim oğlu barəsində 2 aylıq həbs qərarı verilib.

İ.Süleymanov azyaşlıya qarşı törətdiyi cinayəti məhkəmədə bir daha etiraf edib.

Azvision.az

Teqlər: Tovuz   Məhkəmə