Putin Polad Bülbüloğlunu təltif edib

  06 Fevral 2020    Oxunub : 1722
 Putin Polad Bülbüloğlunu təltif edib
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlunu Rusiya-Azərbaycan münasibətlərinin inkişafındakı xidmətlərinə görə Fəxri diplomla təltif edib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, müvafiq sənəd Rusiyada rəsmi məlumatların portalında yayımlanıb.

İki gün əvvəl isə Putin səfir, bəstəkar və müğənni Polad Bülbüloğluna 75 yaşı münasibətilə təbrik teleqramı göndərmişdi. Təbrikdə deyilirdi: "75 illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. İllərdir ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin və səmərəli əməkdaşlığın inkişafına çox böyük töhfələr verirsiniz. Əlbəttə ki, bəstəkar, musiqiçi və sənətkar kimi parlaq istedadınız Rusiyada yüksək qiymətləndirilir”.

Azvision.az

Teqlər: Putin   Polad-Bülbüloğlu