Münhendən qayıdan Paşinyan təcili ordu rəhbərliyini topladı

Münhendən qayıdan Paşinyan təcili ordu rəhbərliyini topladı
  17 Fevral 2020    Oxunub:5216
Ermənistan ordusunda baş verən ölüm hadisələri ilə bağlı müşavirə keçirilib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə keçirilən iclasda Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Müdafiə naziri David Tonoyan, Milli Təhlükəsizlik Xidməti direktorunun səlahiyyətlərini icra edən Edvard Martirosyan, Baş Qərargah rəisi Arak Davtyan, İstintaq Komitəsinin sədri Hayk Qriqoryan, Silahlı qüvvələrin və hüquq-mühafizə orqanlarının digər yüksək vəzifəli şəxsləri iştirak ediblər.

Müşavirədə son günlər Ermənistan ordusunda baş verən ölüm halları və səbəbləri müzakirə edilib. Məsul şəxslər cinayət işləri barədə məlumat veriblər.

Münhen səfərindən sonra ölkəsinə qayıdan Paşinyan silahlı qüvvələrdəki nizam-intizamla əlaqəli problemlərin həllini prioritet sayıb və səlahiyyətli şəxslərə müvafiq tapşırıqlar verib. İclasda orduda nizam-intizam səviyyəsinin əhəmiyyətli dərəcədə artırılması üçün ardıcıl tədbirlərin həyata keçirilməsinin vacib olduğu vurğulanıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti