Koronavirus barədə səs yazısı yayan həkim saxlanılıb? - DİN-dən rəsmi cavab

   Koronavirus barədə səs yazısı yayan həkim saxlanılıb? -    DİN-dən rəsmi cavab
  24 Fevral 2020    Oxunub:10126
Azərbaycanda koronavirusun olması ilə bağlı “Whatsapp” sosial şəbəkəsində yayılan səs yazısının sahibinin həkim olması, həmin şəxsin saxlanılması barədə müxtəlif məlumatlar yayılıb.

İddia edilir ki, insanları təşvişə salan səs yazısını yayan həkim hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Azvision.az məlumatı dəqiqəşdirmək üçün Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovla əlaqə saxlayıb. O bildirib ki, “Whatsapp”da yayılan səs yazısı ilə əlaqədar polis tərəfindən saxlanılan olmayıb.

“Daxili İşlər Nazirliyi adından deyə bilərəm ki, polis tərəfindən saxlanılan olmayıb. Bəlkə, başqa qurumlar həmin şəxsi müəyyən ediblər. Bizdə bu barədə hər hansı məlumat yoxdur”.

Qeyd edək ki, ötən gün “Whatsapp”da ölkəmizdə koronavirusun aşkar edilməsi barədə səs yazısı yayılıb. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, sosial şəbəkələrdə koronovirsa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan səs yazısı həqiqəti əks etdirmir.

Aytən Zəhra
Azvision.az


Teqlər: DİN   Koronavirus  





Xəbər lenti