Virusa yoluxanların sayı 822-yə çatıb, 63 nəfər sağalıb - RƏSMİ

 Virusa yoluxanların sayı 822-yə çatıb, 63 nəfər sağalıb -  RƏSMİ
  08 Aprel 2020    Oxunub:4583
Azərbaycan Respublikasında hazırkı dövrədək 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, koronavirus infeksiyasına yoluxmuş 751 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az



Teqlər: Koronavirus   Qərargah  





Xəbər lenti