Dağılmış Milli Şura kimə lazımdır? – Politoloq rəyi
“Belə olan şəraitdə hələ ki, mübarizə Milli Şuradan ayrılan dəstə ilə qurumun tərkibində qalan siyasi cərəyanlar arasında ağır ideoloji mübarizə və qarşılıqlı ittihamlar şəraitində gedir. Bu mənada adamda belə təəssürat yaranır ki, sanki onların hədəfi bir-birilə mübarizə etmək, bir-birinə qara yaxmaqdır”.
Politoloq AXCP rəsmilərinin Müsavat Partiyası barədə səsləndidiyi ittihamları da şərh edib. O bildirib ki, bununla bağlı mötəbər faktlar olmadığından bu barədə fikir bildirmək olmaz: “Bir şey haqqında fikir söyləyəndə o barədə əlində mötəbər faktlar olmalıdır. Düzdür, Müsavatın Milli Şuradan gedişi o qədər də ciddi faktlarla əsaslandırılmasa da ittihamlar da mötəbər deyil. Çox zaman keçmişlə, şəxsi motivlərlə bağlı ittihamlar dövriyəyə buraxılır. Bu zəmində də ideoloji siyasi mübarizə aparılır. Milli Sura mövcud olsa da onun mövcudluğu cəmiyyətdə aydın hiss edilmir, ictimai proseslərə təsir edən addım ata bilmir, ictimai prosesləri, ictimai rəyi yönləndirən qərarlar verə bilmir”.
Bələdiyyə seçkilərinə gəlincə, politoloq bildirib ki, seçkilərdə səs verəcək əsas bazanın yaradılmasından başlayır: “Əgər bu günkü çəkişmələrlə, bir-birinə qara yaxmalarla onlar insanları özlərindən uzaqlaşdırırlarsa, deməli elektoral bazalarını, potensial səsverənlərini itirrilər. İndiki vəziyyətdə bələdiyyə seçkilərini proqnozlaşdırmaq lazım gələrsə, gələcək o qədər də parlaq görünmür”.
Fatimə Kərimli