“Paşinyan başqa nə etməlidir ki, bu barbarlığı qınasınlar”

 “Paşinyan başqa nə etməlidir ki, bu barbarlığı qınasınlar”
  22 Oktyabr 2020    Oxunub:2832
“Bu gün Ermənistan Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən Qəbələ, Kürdəmir və Siyəzən bölgələrini balistik raket atəşinə tutub. Bu cinayətkar hücum erməni baş nazir Paşinyanın münaqişənin diplomatik həllinin olmadığına dair bəyanatının davamıdır”.
Azvision.az xəbər verir ki, bu barədə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib. Beynəlxalq ictimaiyyəti Ermənistan rəhbərliyini qınamağa çağırıb:

“Diplomatik çözümü rədd edən, Azərbaycanın şəhər və rayonlarını qəsdən bombalayan, dinc sakinləri öldürən və bununla da hərbi cinayət törədən Paşinyan başqa nə etməlidir ki, beynəlxalq ictimaiyyət bu barbarlığı qınasın və Ermənistan rəhbərliyinə qarşı cəza mexanizmlərini işə salsın?”.

Azvision.az



Teqlər: Azay-Quliyev   Ermənistan  





Xəbər lenti