XİN rəhbərləri bölgədəki son vəziyyəti müzakirə etdi

XİN rəhbərləri bölgədəki son vəziyyəti müzakirə etdi
  17 Noyabr 2020    Oxunub:1248
Noyabrın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən Azvision.az -a bildirilib ki, nazirlər bölgədəki son vəziyyəti, o cümlədən üçtərəfli bəyanatın həyata keçirilməsi, razılaşmadan irəli gələn bir sıra məsələlər, eləcə də humanitar xarakterli məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Azvision.az


Teqlər: XİN  





Xəbər lenti