Ədəbi məktəblər kimə lazımdır? - MÖVQE

Ədəbi məktəblər kimə lazımdır? - MÖVQE
  12 Fevral 2014    Oxunub:2375
Müxtəlif zamanlarda ədəbi məclislər və bununla əlaqəli qurumlar, məktəblər mövcud olub. İndinin özündə də sırf ədəbi yaradıcılıqla əlaqəli söz məclisləri, məktəblər fəaliyyət göstərir. Bu gün aktivliyi ilə daha çox seçilən Gənc Ədiblər Məktəbi və BSU-nun “Yaradıcılıq fakültə”si buna misal ola bilər.

“Belə yaradıcılıq mərkəzlərinin olmasının Azərbaycan ədəbiyyatına hər hansı bir xeyri varmı? “ sualıyla gənc yazarların fikirlərini öyrəndik.

Dilqəm Əhməd: “ Hal-hazırda belə məktəblərin olmasının hər hansı bir əhəmiyyətinin olduğunu düşünmürəm, həmin məclislər, məktəblər, internetin olmadığı, oxucularla görüşlərin çətin olduğu vaxtlar üçün keçərli idi. Üstəlik, bugün həmin məktəblər intriqa yaratmağa da xidmət edir, müəyyən qruplaşmaların, oyunların qurulmasına xidmət edir. Baxın, bir var, ədəbi çevrələr, fikir klubları, bunlar başqadır, amma bizdə daha çox marginal və ədəbiyyatda qalmaqal yaratmağa xidmət edən məclislərdir.”

Ramil Əhməd: “Təkcə yaradıcı adam üçün yox, hər kəs üçün mühitin böyük təsiri var. İndi bir çox ədəbi dərnəklər yaranıb. Dərnəklərlə yanaşı iki ciddi ədəbi məktəbi göstərmək olar: Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsi və Gənc Ədiblər Məktəbi. Məncə, yaradıcılıq mərkəzlərinin olmasının ən yaxşı tərəfi budur ki, bu məktəbin üzvləri yazıçılarla görüşürlər, onlardan dərslər alırlar və gənclər bir-birini tanıyır.”

Sahilə İbrahimova: ”Başlanğıc üçün, ədəbi mətbəxlə daha yaxından tanış olmaq üçün əhəmiyyətlidir. Müzakirələr, şeir və hekayə dinləmələri peşəkarlığı artırır. Təzə-təzə yazmağa başlayanda eqo imkan vermir qüsurlarını görəsən. Başqa yazıçılarla ünsiyyət isə tədricən nə qədər mənasız şeylər yazdığını göstərə bilər. Amma bir müddətdən sonra inkişaf üçün hər kəsin fərdi çalışmasının tərəfdarıyam.”
Anar Amin: “Hesab edirəm ki, gənc şairlərin və yazıçıların püxtələşib, formalaşmasında ədəbi məclislərin, Gənc Ədiblər Məktəbinin və Yaradıcılıq fakültəsinin böyük rolu var!.”

Pərviz Axundov: ”Ümumiyyətlə, ədəbiyyat adına istənilən təşəbbüsün böyük əhəmiyyəti var. Xüsüsən də gənc istedadların üzə çıxmasına xidmət etdiyi üçün bu cür tərkibi qurumları çox təqdir edirəm.”

Elməddin Nicat: “Ədəbi məclislərin olması çox əhəmiyyətli amildir. GƏM(Gənc Ədiblər Məktəbi), BSU bu sahədə qabaqcıl mövqeləri bölüşürlər. İstənilən həcmindən aslı olmayaraq ədəbi məclislər ədəbiyyata xidmət edir. Ən əsası da şəxsi ambisiyaların xaricində. Belə məclislər bütün dövrlərdə ədəbiyyat tarixinə düşə biləcək yazarlar yetişdirə biliblər. Mən XX əsrdə bir neçə ədəbi məclislərin adını çəkə bilərəm ki bu məclislərin üzvləri yetərincə ədəbiyyat səhfələrinə düşə biliblər. İlham ədəbi birliyi(Gəncə) "Ağ yol" ədəbi birliyi (Sumqayıt). "Gəncliyin səsi" (Gəncə) və s. Bu günkü GƏM məktəbinin gördüyü işlər də təqdirə layiq və sırf ədəbiyyata göstərilən sağlam xidmətdir.”
Könül Həsənqulu: “"Şübhəsiz ki, bu məktəblərin ədəbi tərəqqiyə köməyi vardır. Sadəcə, qruplaşma naminə əsl yaradıcı gəncləri sixishdirib, onlari diger - edebiyyata 10 addim uzaq olanlarla əvəzləmek, artıq edəbi xidmət sayılmır."

İradə Aytel: “Bildiyiniz kimi mən Gəncə ədəbi mühitinin yetirməsiyəm. Gəncədə uzun illər əvvəl “İlham” ədəbi məclisi var idi ki, o məclis Aləmzər Əlizadəni, Xəzangül Hüseynovanı, mərhum şair Nizami Aydını, Elçin İsgəndərzadəni, Qəşəm Nəcəfzadəni, və s. kimi məhşur imzaları yetişdirdi. Birliyə Qərib Mehdi rəhbərlik edirdi. Bundan sonra Gəncə Dövlət Universitetinin nəzdində “Gəncliyin səsi” ədəbi birliyi fəaliyyət göstərirdi. Bu birliyə də Firəngiz İdrisqızı rəhbərlik edirdi.

Buradan da gənc yazarlar – Bəxtiyar Elcan, Cəlil Cavanşır, Bahadur Qobustan, Vüsal Hicran, Xəyalə Sevil, Anar Gülümsoy və başqaları mətbuata yol aldı. Təvazökarlıqdan uzaq olsa da, mənim rəhbəri olduğum “Töhfə” qəzeti özü də ədəbi birlik idi sanki. Yuxarıda adlarını sadaladığım gənclər redaksiyaya toplaşır, başda Sədnik Paşa Pirsultanlı olmaqla, Gəncə ədəbi mühitində tanınmış imzalarla görüşlər keçirir, ədəbi müzakirələr edirdi. Həmin illərdə Aydın Murovdağlının, Bahadur Fərmanın və bir çox Gəncə yazarlarının başçılığı ilə “Divani-Hikmət” söz məclisi də fəaliyyət göstərdi. Bu ənənə çox təqdirəlayiqdi. Yazarın yetişməsində, kütlədən ayrılaraq sənətə xidmət etməsində ədəbi birliklərin böyük rolu var.

Lakin bu birliklərə maliyyə dəstəyi, Dövlət qayğısı olmadığından əksəriyyəti yarıyolda qalır. Hansisa gənc yazarın əsərlərinin ölkə və ölkədışı mətbuatda işıqlandırılması, kitabının çapı o yazara qol-qanad verər. Bütün bunlar isə maliyyəsiz çox çətindir. Demək istədiyim budur ki, Azərbaycan ədəbiyyatının belə birliklərə ehtiyacı böyükdür, amma, maliyyə dəstəyi olmaqla...”

Emin


Teqlər:





Xəbər lenti