Sıxılmış qazla işləyən maşınlar havanı daha az çirkləndirir
“Aparılmış hesablamalar nəticəsində məlum olub ki, eyni miqdarda benzin və dizelin yandırılması zamanı, dizel yanacağında atmosferə atılan çirkləndiricilərin miqdarı dəfələrlə çoxdur”.
V.Əliyevin sözlərinə görə, avtonəqliyyatdan istifadə zamanı 1 ton benzin yandıqda havaya azot-4 oksid 20 kq, kükürd qazı 1.6 kq, karbohidrogenlər 34 kq, bərk hissəciklər (his, qurum) 2 kq, aldehidlər (üzvü turşular) 1.4 kq atılırsa,1 ton dizel yandıqda isə havaya azot-4 oksid 33 kq, kükürd qazı 6 kq, karbohidrogenlər 20 kq, bərk hissəciklər 16 kq, aldehidlər 6 kq atılır.
Xidmət rəsmisi onu da qeyd edib ki, Bakı şəhərində fəaliyyət göstərən “Baku Bus”şirkətinin istifadə etdiyi sərnişindaşıma vasitələrində sıxılmış qazdan istifadə edilməsi təqdirəlayiqdir. Belə ki, bu yanacağın yandırılması zamanı atmosfer havası digər yanacaq növləri ilə müqayisədə daha az çirklənir.
Azvision.az
Teqlər: Avtomobil Hava Çirklənmə