FHN maarifləndirmə işlərinə başlayıb - VİDEO
Füzuli, Tərtər, Ağdam, Ağcabədi, Xocavənd və Cəbrayıl rayonlarının yaşayış məntəqələrində həyata keçirilən maarifləndirmə tədbirləri zamanı əhaliyə işğaldan azad olunmuş ərazilərdə hazırda minatəmizləmə əməliyyatlarının aparıldığı, bu ərazilərə indiki halda səfərlərin həyati təhlükə daşıdığı, eyni zamanda bu cür qanunsuz səfərlərin hüquqi məsuliyyət yaratdığı izah olunur. Maarifləndirmə tədbirlərinin davam etdirilməsi nəzərədə tutulur.
Fövqəladə Hallar Nazirliyi bir daha insanları işğaldan azad olunmuş ərazilərə xüsusi icazə olmadan səfər etməkdən çəkinməyə çağırır, bunun həyat və sağlamlıq üçün təhlükəli olduğunu xatırladır.
Azvision.az