Azərbaycanla strateji tərəfdaşlıq inkişaf edib - Rusiya XİN

 Azərbaycanla strateji tərəfdaşlıq inkişaf edib -  Rusiya XİN
  25 Mart 2021    Oxunub:1812
2020-ci ildə Azərbaycanla strateji tərəfdaşlıq ardıcıl inkişaf edib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2020-ci il üçün xarici siyasət fəaliyyətinə dair icmalında deyilir.

Qeyd edilib ki, aktiv təmaslar ən yüksək səviyyədə hökumət və parlament xətləri ilə davam edib. Ticarət-iqtisadi əməkdaşlığın sabit dinamikası qorunub saxlanılıb. 2019-ci illə müqayisədə ticarət dövriyyəsi 8,9 faiz azalaraq 2,8 milyard dollar təşkil edib. 2024-cü ilə qədər Rusiya-Azərbaycan əməkdaşlığının əsas sahələrinin inkişafı üzrə Fəaliyyət Planı -ticarət, turizm, nəqliyyat infrastrukturu və yüksək texnoloji sənaye sahələri üzrə altı “yol xəritəsi” həyata keçirilib.

“Koronavirus problemi üzrə də Azərbaycanla yaxından əməkdaşlıq etmişik, pandemiya ilə mübarizədə yardım göstərdik. “Sputnik V” peyvəndinin birgə istehsalına başlamaq məsələsi nəzərdən keçirilib”, - deyə məlumatda bildirilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya  





Xəbər lenti