“Məni rus casusu adlandırdı” - Keçmiş MTX rəhbəri

 “Məni rus casusu adlandırdı” -  Keçmiş MTX rəhbəri
  09 İyun 2021    Oxunub:1163
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, "Şərəfim var" seçki blokunun lideri Artur Vanetsyan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın onu "Rusiya casusu" adlandırdığını deyib.
Azvision.az xəbər verir ki, bu barədə o, “Solovyev live” proqramında bildirib.

Vanetsyanın sözlərinə görə, bu ittihamlar 2019-cu ilin sentyabrında Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən getdikdən sonra səsləndirilib. Müxalif partiya sədri keçmiş hakimiyyət orqanları ilə əlaqədə və "mümkün olan hər şeydə" günahlandırıldığını söyləyib.

O, vəzifədən getməsinin səbəbinin həmin dövrdə Ermənistanın siyasi rəhbərliyi tərəfindən verilmiş tələsik, təhlükəli qərarlar olduğunu diqqətə çatdırıb. Vanetsyan istefa bəyanatında hadisələrin mümkün nəticələri barədə xəbərdarlıq etdiyini və hazırkı vəziyyətin onun haqlı olduğunu göstərdiyini əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti