WhatsApp -da yeni funksiya- Mesajlar özü silinəcək

  19 Avqust 2021    Oxunub :1558
WhatsApp -da yeni funksiya-    Mesajlar özü silinəcək
Whatsapp messencerində 90 gündən sonra özü silinəcək mesajlardan istifadə etmək mümkün olacaq. Bu barədə WABetaInfo portalı yazıb.
Qeyd olunur ki, yeni funksiya mətnlərin 24 saat və yeddi gündən sonra avtomatik silinməsi variantları ilə birlikdə mövcud olacaq.

2.21.17.16 kod nömrəli yeniləmə yalnız Android istifadəçiləri üçün əlçatan olacaq.

Xatırladaq ki, daha əvvəl Android və iOS arasında mesaj və söhbət tarixçəsini WhatsApp -a köçürmə imkanı təqdim edilmişdi.

Çatın köçürülməsi iOS və Android cihazlarının USB-C — Lightning kabeli vasitəsi ilə fiziki olaraq qoşularsa (oxşar kabellər iPhone ilə birlikdə təchiz edilir) mümkün olacaq. Şəbəkə vasitəsilə platformalar arasında məlumat ötürmək alınmayacaq.

Şahanə Rəhimli

Azvision.az

Teqlər:







Xəbər lenti