DÇ-2022: Azərbaycan millisi ilk xalını qazandı

  DÇ-2022:  Azərbaycan millisi ilk xalını qazandı
  04 Sentyabr 2021    Oxunub:1582
Bu gün Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununa çıxıb.
Azvision.az xəbər verir ki, yığmamız A qrupunda 5-ci turda səfərdə İrlandiya ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Bununla da Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ilk xalını qazanıb.

Yığmamız növbəti görüşünü sentyabrın 7-i Bakıda Portuqaliyaya qarşı keçirəcək.

Xatırladaq ki, Azərbaycan millisi daha öncə Portuqaliyaya 0:1, Serbiya və Lüksemburqa isə 1:2 hesabı ilə uduzmuşdu.

Azvision.az



Teqlər:





Xəbər lenti