Almaniya-Polşa sərhədində 400-ə yaxın miqrant saxlanılıb

Almaniya-Polşa sərhədində 400-ə yaxın miqrant saxlanılıb
  11 Oktyabr 2021    Oxunub:921
Almaniya hüquq -mühafizə orqanları İraq, Suriya və digər ölkələrdən Belarus vasitəsilə Almaniyaya qanunsuz miqrasiyanın artdığını bildirib.
Azvision.az xəbər verir ki, bu barədə “DPA” agentliyi federal polisə istinadən məlumat yayıb. Yalnız Almaniya-Polşa sərhədindəki Brandenburq federal əyalətində son həftəsonu ərzində 392 miqrant saxlanılıb.

Ümumilikdə, ilin əvvəlindən 2603 qanunsuz miqrant Almaniya Federativ Respublikasına daxil olub. Söhbət İraq, Suriya, İran və Yəməndən gələn insanlardan gedir. Onların marşrutu Belarus, Litva və Polşadan keçir.

Azvision.az


Teqlər: Polşa   Miqrant  





Xəbər lenti