Türkiyədə Twitter qadağası ləğv olunur

Türkiyədə Twitter qadağası ləğv olunur
  26 Mart 2014    Oxunub:1372
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Ankara İdarə Məhkəməsi "Twitter" qadağası ilə bağlı verilən qərarının icrasını dayandırıb.

Türkiyə Barolar Birliyi, Ankara Barosu, Türkiyə Jurnalistlər Cəmiyyəti, MHP-li Oktay Vural Twitter qadağanının aradan qaldırılması üçün idarə məhkəməsinə müraciət edib.

Şikayət ərizələrində məhkəmə qərarının bütünlüklə "Twitter"ə deyil bəzi linklərə istiqamətli olduğu vurğulanıb.

Bu qərardan sonra Türkiyədə "Twitter"ə girişə qoyulan qadağanın qaldırılması gözlənilir.

Qeyd edək ki, Türkiyədə dünyanın ən populyar sosial şəbəkələrindən sayılan “Twitter” bir həftə öncə bağlanılıb. Bu, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bursa şəhərində keçirdiyi mitinqdən sonra olub. Məlumata görə, Ərdoğan mitinqdə, “"Twitter"in filanın, hamısının kökünü qazıyacağıq" deyib. Bundan bir neçə saat sonra, saat 23.34-də ölkədəki bəzi serverlərdən sosial şəbəkəyə girmək mümkün olmayıb.


Teqlər:





Xəbər lenti