"Bildiyiniz kimi, bu yaxınlarda Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı oldu. Bu münasibətlə həm Ermənistan hökuməti, həm də Kreml mətbuat üçün xüsusi açıqlama yaydı. Təbii ki, tez-tez olduğu kimi, bu dəfə də İrəvanla Moskvanın yaydığı bəyanatlar məzmun və vurğu baxımından bir-birindən fərqlənir. Məsələn, Paşinyanın səlahiyyətliləri telefon danışığının baş nazirin təşəbbüsü ilə baş tutduğunu qeyd etməyib. Əvəzində Kreml bunu açıqlamanın əvvəlində xüsusi olaraq və bilərəkdən qeyd edib ki, Putinlə söhbətə Ermənistanın “demokratik prezidenti” cəhd edib. Ancaq bu hələ kiçik bir detaldır".
![]() |
"Söz verib, aldatdı məni": Paşinyanın tərsinə reallaşan 11 vədi - TƏHLİL |
"Bu arada, məlum detal açıq şəkildə Rusiya Federasiyası Prezident Aparatının mətbuata bəyanatında qeyd edilib. Bu, diqqətəlayiq bir fərqdir. Çünki bildiyiniz kimi, Paşinyan qərb platformasında Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması və “sülh müqaviləsi”ni müzakirə edir və burada Qarabağın Azərbaycanın bir hissəsi kimi qəbul etdiyini göstərir. Ruslar yaxşı bilirlər ki, indi Qarabağ probleminin birdəfəlik həlli üçün uyğun vaxt deyil. Eyni zamanda problemin hələ də qaldığını və onun gələcəkdə həll edilməli olduğunu qeyd edirlər. Rəsmi Bakı sülh prosesinin "rus versiyası"nın qəti əleyhinədir və məsələni Qərb platformasında həll etməyə çalışır ki, bu da başa düşüləndir. Ancaq digər halları bir kənara qoysaq, Paşinyanın niyə Praqa razılaşmaları çərçivəsində irəliləməyə çalışdığı anlaşılmaz. Aydın məsələdir ki, ötən il oktyabrın 6-da Praqaya gedən Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı. Bunun müqabilində Qərbdən təhlükəsizlik dəstəyi gözlədi. Lakin bunu əldə edə bilmədi. Bundan sonra yenidən Praqa razılaşmasına qayıtmaq o deməkdir ki, Paşinyan Qərbə anti-Rusiya siyasəti aparacağına söz verib və Qərbdən cəmiyyətə elan olunmamış gözləntisi var. Sonuncunun marağı anti-Rusiya siyasəti yürütməkdir. Yəni məqsəd Rusiya sülhməramlılarının və Gümrüdəki hərbi bazanın bölgədən çıxarılmasıdır".
Təhlildə o da vurğulanır ki, Qarabağ müqavilə ilə Azərbaycanın bir hissəsi kimi tanınsa, təbii ki, Rusiya sülhməramlılarının bölgədən çıxarılması məsələsi də avtomatik olaraq həll olunacaq. Bundan sonra Gümrüdəki hərbi bazanın lazımsızlığı gündəmə daşınacaq və rus hərbçilərin Ermənistandan da çıxarılması məsələsi ortaya çıxacaq: "Rusiya faktorunun bölgəmizdən uzaqlaşdırılmasından sonra Türkiyə-Azərbaycan cütlüyü həm Qarabağdağ bölgəsi ilə bağlı, həm də Ermənistana dair məsələləriçox tez həll edəcək. Paşinyan bunu gözəl bilir. Amma yenə də Rusiya platformasından qaçır. Çünki Qərb onun şəxsi təhlükəsizliyinin yalnız anti-Rusiya xətti tam həyata keçirildikdən sonra təmin edəcəyinə söz verib. Ruslar isə Paşinyana şəxsi təhlükəsizliklə bağlı zəmanəti vermir. Və bundan sonra ölkəmizdə nələrin olacağı isə xarici oyunçular maraqlı deyil. Çünki bu, yalnız Ermənistan və Qarabağda yaşayan ermənilər üçün maraqlı olmalıdır".
Tural Tağıyev
AzVision.az