Keçmiş kəşfiyyatçıdan xəbərdarlıq: "Kiyev bir neçə şəhəri və Odessanı itirə bilər"

   Keçmiş kəşfiyyatçıdan xəbərdarlıq:    "Kiyev bir neçə şəhəri və Odessanı itirə bilər"
  09 Yanvar 2024    Oxunub:1050
"Ukrayna daha bir neçə şəhəri, o cümlədən Odessa kimi ən böyük inzibati mərkəzi itirə bilər". AzVision.az xəbər verir ki, bunu amerikalı keçmiş kəşfiyyatçı Skot Ritter "Danny Haiphong"a müsahibəsində deyib.
"Düşünürəm ki, onlar Xarkovu ala bilərlər. Sonra isə irəliləməyə davam edərək, Dnepropetrovsk, Nikolayev və Odessanı da götürəcəklər. Bu isə Ukrayna üçün son deməkdir", - Ritter müharibə ilə bağlı proqnozunu verib.

Keçmiş kəşfiyyatçıdan xəbərdarlıq: "Odessa ələ keçən kimi, münaqişə bitəcək"
Onun fikrincə, Kiyev bu situasiyadan yalnız Ukrayna prezidenti Vladimir Zelenskinin sülh danışıqları istəyəcəyi təqdirdə qaça bilər. Hələlik isə Ukrayna Silahlı Qüvvələri böyük itkilər verir ki, bu da Rusiya qoşunlarının hücum əməliyyatları üçün istifadə etdiyi müdafiə boşluqlarına səbəb olur.

O həmçinin iddia edib ki, artıq Ukraynaya atəşkəslə bağlı danışıqlar üçün siyasi təzyiqlər başlayıb.

Xatırladaq ki, keçmiş kəşfiyyatçı ötən ilin dekabrında da Odessa ilə bağlı diqqət çəkən fikirlər səsləndirmişdi. O, “Ask The Inspector”a müsahibəsində demişdi ki, Ukrayna münaqişəsi Krım və Sevastopolun təhlükəsizliyini təmin etmək üçün Rusiya ordusunun Odessanı ələ keçirməsi ilə başa çatacaq.

Qeyd edək ki, Skot Ritter bir neçə dəfə Kiyevin maraqlarına uyğun olmayan proqnozlar verib. O, hətta bir müddət öncə “Müfəttişdən soruş” podkastında danışarkən deyib ki, əgər Ukrayna Moskva üçün məqbul şərtlərlə sülh sazişi bağlamasa, ərazilərini itirməkdə davam edəcək.

Bundan əvvəl istefada olan fransalı polkovnik və geosiyasət üzrə ekspert Per de Yonq TV5 Monde telekanalının efirində bəyan etmişdi ki, Ukrayna ordusunun əlində olan sursatlar fevral ayında bitəcək. Onun fikrincə, hazırda bu ölkədə hərblə yanaşı mənəvi tükənmə prosesi də baş verir. Ona görə də Kiyev ABŞ-ın yardımından daha çox asılı olur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukarayna   Odessa   Kəşfiyyatçı  





Xəbər lenti