Samvel yenə dəmir yumruq arzusundadır

   Samvel yenə dəmir yumruq arzusundadır
  10 Yanvar 2024    Oxunub:956
Qarabağda mövcud olmuş qondarma rejimin sonuncu rəhbəri Samvel Şahramanyan yenidən separatçı arzularını ortaya qoyub.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb. Nəşr iddia edir ki, o, hətta İrəvan rəhbərliyinə xüsusi müraciət də ünvanlayıb: “Əldə etdiyimiz məlumata görə, Nikol Paşinyan və hakim rejimin digər nümayəndələrinin təhdidlərinə baxmayaraq, Qarabağın sonuncu "prezidenti" Xankəndi rejiminin buraxılması haqqında fərmanı ləğv edən qətnamə imzalayıb. Bu barədə yalnız bir neçə nəfər bilir. Qərar dekabrın 10-da imzalanıb və onun surəti Ermənistanın baş naziri Nikol Paşinyana göndərilib".

Koçaryan: "Samvel "Dağlıq Qarabağ"ı ləğv etməyibsə, İrəvanda nə gəzir?"
Qondarma qurumu buraxan Samvel yeni, saxta, heç bir işə yaramayan sənədin mətnini isə dərc edə bilmir: "Bu haqda məlumat əvvəlcə rus, sonra isə erməni dilində yayılıb. Üstəlik, o, "prezident"in saytında deyil, Xankəndidən "rəsmi xəbərlər" üçün yeganə platformaya çevrilən Facebook-da dərc edilib".

Xatırladaq ki, Azərbaycanın ötən il cəmi 23 saata apardığı antiterror tədbirləri separatçıların qondarma rejiminə son qoydu. Sentyabrın 28-də isə xuntanın rəhbəri olmuş separatçı Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək bütün "dövlət institutlarının" ləğvi və tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın mövcudluğuna xitam verilməsi haqqında fərman imzaladı.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Separatçı   Qarabağ  





Xəbər lenti