Putin "yumurta böhranı"ndan danışdı: "Tələbata görədir"

 Putin "yumurta böhranı"ndan danışdı:    "Tələbata görədir"
  11 Yanvar 2024    Oxunub:1003
Rusiya prezidenti Vladimir Putin ölkədə yumurta çatışmazlığından danışıb.
AzVision.az xəbər verir ki, o, yumurtanın qiymətinin bahalaşmasını məhsula olan tələbatın artması ilə izah edib.

Rusiyaya yumurta ixracına başlanıldı: Azərbaycanda qiymət artacaqmı?
Qeyd edək ki, Rusiya son zamanlar "yumurta böhranı" ilə üzləşib. Əhalinin daha çox istehlak etdiyi bu ərzaq məhsulunun qiyməti ötən ilin noyabrından gözlənilmədən kəskin dəyişdi.

"Rosstat"ın məlumatına görə, noyabrda toyuq yumurtası 15,1%, 2023-cü ilin əvvəlindən 35,5%, illik ifadədə isə 40,3% bahalaşıb.

Dünən isə Rusiya kənd təsərrüfatı nazirinin müavini Maksim Titov bəyan etdi ki, son iki həftədə istehsalçılar qiymətləri aşağı salıblar. Birinci kateqoriyada olan yumurta 2,5%, ikinci kateqoriyada isə 4,2% ucuzlaşma olub.

Azərbaycan son zamanlar Rusiyaya yumurta ixracını xeyli artırıb. Dekabrın 19-da Rusiyaya satış üçün Azərbaycandan 36 ton (612 min ədəd) həcmində ərzaq yumurtasının ilk partiyası, dekabrın 21-də isə 306 min ədəd ikinci partiya ixrac edilib.

Türkiyə də oxşar addımlar atır. Yanvarın 5-də Rusiyaya satış üçün Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Türkiyədən 316,8 min ədəd yeməli yumurtanın ikinci partiyası gətirilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Yumurta   Rusiya  





Xəbər lenti