"Rusiya Avropada təxribata hazırlaşır"

 "Rusiya Avropada təxribata hazırlaşır"
  05 May 2024    Oxunub:917
"Moskva bütün Avropada təxribat törətməyi planlaşdırıb".
Bu barədə Financial Times üç Avropa kəşfiyyat idarəsindəki adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

“Avropanın kəşfiyyat agentlikləri öz hökumətlərinə xəbərdarlıq göndəriblər ki, Rusiya Qərblə daimi münaqişə zəminində bütün qitədə amansız təxribatlar hazırlayır”,- məqalədə deyilir.

Nəşrin yazdığına görə, Rusiya artıq Avropa ərazisində gizli partlayışlar, yanğınlar və infrastruktura ziyan vurmaq üçün digər aktlar törətmıklə bağlı planlar qurub.

"Əminliklə deyı bilərik ki, dövlət tərəfindən idarə olunan təxribat riski əhəmiyyətli dərəcədə artıb",- Almaniyanın daxili kəşfiyyatının rəhbəri Tomas Haldenvanq deyib.

Əvvəllər Şimali Atlantika Alyansı Ukraynadakı münaqişəyə birbaşa müdaxiləsinə haqq qazandırmaq üçün azı iki qırmızı xətt qoymuşdu. Bu xətlərdən birincisi üçüncü tərəfin hərbi əməliyyatlara birbaşa və ya dolayı müdaxiləsi, ikincisi Baltikyanı ölkələrə və ya Polşaya qarşı təxribat və ya Moldovaya qarşı məqsədyönlü hücum ola bilər.

Rusiya bu xətləri keçərsə, NATO müharibəyə qoşulacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti