Kəlbəcərdə traktor minaya düşüb , yaralı var

   Kəlbəcərdə traktor    minaya düşüb   , yaralı var
  01 İyun 2025    Oxunub:643
Kəlbəcərdə traktorun minaya düşməsinin bəzi təfərrüatları məlum olub.
Hadisə rayonun Susuzluq kəndi ərazisində, kənd arası yolun çəkilişi zamanı baş verib.

Belə ki, Kəlbəcərdə yerləşən şirkətlərinin birinə məxsus "Avtoqreyder" markalı traktor sözü gedən kəndin yol çəkilişi zamanı minaya düşüb və nəticədə partlayış qeydə alınıb.

Partlayış zamanı traktorun sürücüsü Kürdəmir rayon sakini 1989-cu il təvəllüdlü Rəşadət Fikrət oğlu Əsədov xəsarət alaraq Kəlbəcərdə yerləşən xəstəxanaların birinə aparılıb.

Xəsarət alan şəxsin vəziyyətinin normal olduğu bildirilir. Qeyd edək ki ötən gündə Goranboyda Kəlbəcər rayon sakini 45 yaşlı Qalib Abbasov da minaya düşüb.
AzVision.az


Teqlər:





Xəbər lenti