Hərbi attaşelər Zəhranın məzarını ziyarət ediblər - FOTOLAR

Hərbi attaşelər Zəhranın məzarını ziyarət ediblər - FOTOLAR
  06 İyul 2017    Oxunub:8368
Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələri, hərbi attaşelər Alxanlı kəndində düşmən təxribatı nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Allahverdiyevanın məzarını ziyarət ediblər.
AzVision.az xəbər verir ki, Alxanlı kənd sakinləri iyulun 4-də baş verən erməni təxribatı ilə bağlı hərbi attaşeləri məlumatlandırıblar.

"Atəş nəticəsində iki sakin Allahverdiyeva Sahibə və Quliyeva Zəhra həlak olub. Kənd sakini Səlminaz Quliyeva isə yaralanıb. Bu, kənd sakinlərinə qarşı zorakılıqdır. 25 ildir ki, biz erməni zorakılığı ilə üzləşirik. Yaşayış zonasında heç bir məntəqə yoxdur. İyulun 4-də təxribat baş verən gün kənddə hərbçilər olmayıb. Hadisə zamanı Zəhra həyətdə oynayırmış.

Kəndimiz dəfələrlə Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Ermənistan tərəfi kənd təsərrüfatı işlərini görməyə imkan vermir. Su mənbələri işğal altında olan ərazilərdədir. Ermənilər tez-tez suyun qarşısını kəsir, sahəyə çıxan insanları atəşə tuturlar", - Alxanlı kənd icra nümayəndəsi İlham İsrafilov bildirb.

Kənd sakini Emin Həsənov isə deyib: "Alxanlıda baş verən hadisə 1992-ci ildə Xocalıda törədilən soyqırımın təkrarıdır. Mənim dünya birliyimdən xahişim budur ki, günahsız Zəhranın qətlinə, bu cinayətə reaksiya versinlər".



















Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Alxanlı   Füzuli   Təxribat  





Xəbər lenti