“Region üçün ən böyük təhlükə Qarabağ münaqişəsidir” - İlham Əliyev

  23 Noyabr 2017    Oxunub : 1465
“Region üçün ən böyük təhlükə Qarabağ münaqişəsidir” - İlham Əliyev

"Bizim region üçün ən böyük təhlükə Dağlıq Qarabağ münaqişəsidir. Ərazilərimiz Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub"

AzVision.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi birgə mətbuat konfransında deyib.

Prezident diqqətə çatdırıb ki, Ermənistan tərəfi azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib.

"Səsləndirdikləri bəyanatlara baxmayaraq, Ermənistan münaqişə bölgəsində status-kvonu saxlamaq niyyətindədir. Lakin hazırki durumda status-kvo qəbuledilməzdir. Ermənistan 25 ildən çoxdur ki, Azərbaycanın işğal olunan torpaqlarının qeyd-şərtsiz azad olunması barədə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmir. Münaqişə BMT-nin qətnamələri və Azərbaycanın ərazi bötüvlüyü çərçivəsində öz həllini tapmalıdır" , - deyə prezident vurğulayıb.

Ölkə başçısı qeyd edib ki, Azərbaycan NATO-ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: İlham-Əliyev   NATO   Qarabağ