Prezident xəstəxana tikintisinə 6 milyon ayırdı

Prezident xəstəxana tikintisinə 6 milyon ayırdı
  01 Mart 2018    Oxunub:1134
Prezident İlham Əliyev martın 1-də “Naftalan Şəhər Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, Naftalan Şəhər Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 6,166 milyon manatı Səhiyyə Nazirliyinə ayrılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Naftalan  





Xəbər lenti